E-ticarət təliminin iştirakçısı ol!

E-ticarət təliminin iştirakçısı ol!

Sürətlə inkişaf edən və rəqəmsallaşan dünyada internet mühitində məhsul və xidmətlərin satış miqdarı və bu sahədə yeni qurulan şirkətlərin sayı hər ötən gün artmaqdadır. Bu hal, e-ticarətə maraq göstərən şəxs və ya qurumlara həm karyera həm də, yeni biznes kanalları baxımından yeni – yeni fürsətlər yaradır. Artan e-ticarət həcmi və satışların miqdarı bu sahədə təcrübəli və ixtisaslı kadrlara olan ehtiyacı artırır.

Bu sürətləndirilmiş təlim proqramının məqsədi e-ticarət sahəsində karyera qurmağı düşünən şəxsləri e-ticarət anlayışı ilə tanış etmək, iştirakçılarda e-ticarət əməliyyatlarının bütün mərhələləri (məhsul portoliosunun idarə edilməsi, loqistika, texniki infrastuktur, hüquq və məzmun idarəedilməsi) haqqında fikir formalaşdırmaqdan ibarətdir.

Təlimçilər haqqında ətraflı məlumatı keçiddənhttp://goo.gl/BzGtik əldə edə bilərsiniz

Təlim 7 və 8 iyun, saat 12:00-da 1 saylı “ASAN xidmət” mərkəzinin 4-cü mərtəbəsində keçiriləcək.

İştirak etmək istəyən cari və məzun könüllülərimiz fəaliyyət göstərdikləri “ASAN xidmət” mərkəzlərinin könüllülər üzrə məsul şəxslərinə müraciət edə bilər.

Bir cavab yazın

Back to top button