10 Dekabr 17:43

“Eazi Start” Startap və İnnovasiya Məktəbi 3 aylıq təcrübə proqramı elan edir

Əziz tələbələr!

İnnovativ layihələr çərçivəsində fəaliyyət göstərmək və müxtəlif sahələr üzrə təcrübə qazanmaq istəyirsinizmi?

“Eazi Start” Startap və İnnovasiya Məktəbi 3 aylıq təcrübə proqramı elan edir. Bu müddət ərzində yerli və əcnəbi mentorlarla işləyəcək və qiymətli təcrübə qazana biləcəksiniz.

Təcrübə müddətinin sonunda təcrübəçilərimiz müvafiq sertifikatla təmin ediləcək.

 

Müraciət etmək üçün aşağıda qeyd edilmiş email adresinə, mövzu hissəsində “Təcrübə proqramı” qeyd edərək öz CV-nizi göndərə bilərsiniz.

[email protected]

 

Əlavə məlumat üçün ADNSU-nun əsas binasının 5-ci mərtəbəsində yerləşən Eazi Start Startap və İnnovasiya Məktəbinin koordinatoru Tural Qocayevə müraciət edə bilərsiniz.

Bəyən və paylaş