1 Avqust 19:25

“Əcdadların Mirası” adlı ölkə miqyaslı milli “kvest” yarışması keçiriləcək

GƏNCLƏRİN NƏZƏRİNƏ!

Milli televiziya məkanında ilk əyləncəli-etnoqrafik layihə – “Əcdadların Mirası” adlı ölkə miqyaslı milli “kvest” yarışmasına müraciət qəbulu 02 avqust saat 18:00-dək uzadıldı!

Milli televiziya məkanında ilk dəfə!

Azərbaycanın tarixi və mədəniyyətinin ölkə gəncləri arasında təbliği məqsədilə, Azərbaycan Respublikasının Gənclər Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin ilk əyləncəli-etnoqrafik layihə – “Əcdadların Mirası” adlı ölkə miqyaslı milli “kvest” yarışmasını təqdim edir.

Yarışmada ölkəmizin müxtəlif regionlarından seçilmiş gənclərdən ibarət 4 komanda ölkəmizin tarix, mədəniyyət, adət-ənənələr və təbiətimiz ilə bağlı məntiq və bilik mübarizəsinə qatılacaq, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkəcəklər.
Yarışma 6 mərhələdən ibarət olacaq və hər mərhələsi fərqli bölgədə təşkil ediləcəkdir.

Bilik və bacarığına güvənən, komanda şəklində mübarizə aparmağa hazır olan hər kəs qeydiyyatdan keçib, zona seçimlərində iştirak etməyə dəvət olunur.
Yarışmada 18-29 yaş arası gənclər iştirak edə bilər.

Qeydiyyat üçün link: https://docs.google.com/…/1FAIpQLSd9mNI1AGHeaiFkWz…/viewform

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)