24 Mart 12:17

Ədəbiyyat Klubu: Poetik performans

POETİK PERFORMANS

YARAT Müasir İncəsənət Məkanı Sizi martın 24-ü keçiriləcək Ədəbiyyat Klubu çərçivəsində hazırlanmış “Poetik performans” adlı tamaşaya dəvət edir. Səhnədə cərəyan edən tamaşa gənc şairlərin daxili aləmini və fantaziyaların əks etdirən yaradıcı eksperimentdir.

Atika Əliyeva (d.1998) – Asəf Zeynallı adına Musiqi Kollecinin xor dirijorluğu fakültəsinin tələbəsidir. 13 yaşından şeir yazır. Hələ orta məktəbdə təhsil alarkən qiraət müsabiqəsində öz şeirini oxuyaraq 1-ci yerə layiq görülmüşdür.

Səbinə Vəlibəyova (d.1993) – P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano fakültəsinin məzunudur. Uşaqlıqdan yazıçılıqla məşğuldur. Şeir və proza əsərləri bir çox rus dilli nəşrlərdə dərc olunub. “Söz və zaman” ədəbiyyat müsabiqəsinin “Proza” nominasiyasının laureatıdır (2009). “İncəsənətin dialoqu” performansının iştirakçısı olub (YARAT, 2016).

Eldar Canaşvili (d.1991) – M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının filologiya fakültəsinin tələbəsidir. 2012-ci ildən şeir yazır. 90-dan artıq şeirlərin və “Kron haqqında saqa” adlı lirik-epik poemasının müəllifidir. 2015 və 2016-cı illərdə Stihi.ru tərəfindən təsis olunmuş “İlin şairi” mükafatına nominasiya olunmuşdur.

Leyla Qurbanova (d.1992) – M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının psixologiya fakültəsinin məzunudur. Uşaqlıqdan poeziya ilə məşğuldur. 2009-cu ildən şeirləri bir çox rus dilli ədəbiyyat nəşrlərində dərc olunub.

24 MART, 2017
19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)