“Edublog” layihəsi çərçivəsində təlim proqramına start verilr

Yeni layihə, yeni fürsətlər!
“Edublog” layihəsi çərçivəsində təlim proqramına start verilr.
Təhsilə dair müxtəlif formatda və mövzuda məzmunların hazırlanmasını təşviq etmək məqsədilə keçiriləcək təlimlərdə əsasən təhsil və pedaqoji, jurnalistika, rejissorluq, operatorluq və s. oxşar ixtisaslarda təhsil alan və qeyd olunan sahələrə maraq göstərən tələbələrin iştirakı nəzərdə tutulur.
Təlimlər nəticəsində tələbələr öyrəndiklərini təcrübədən keçirmək imkanı əldə etməklə yanaşı, edublog platformasının yaradılmasında birbaşa iştirak edəcəklər.
Təlimlərin sonunda Edublog platformasında məzmunun yaradılması üçün tələbələrdən ibarət heyət formalaşdırılacaq.
Təklif olunan təlim proqramına kimlər müraciət edə bilər
• Təhsilin idarə olunması və insan kapitalının inkişafı, təhsilin idarəetməsi, məktəbəqədər təhsil və digər pedaqoji ixtisaslarda təhsilalanlar;
• Dövlət və İctimai münasibətlər, Jurnalistika, Kommunikasiya və rəqəmsal media ixtisaslarında təhsilalanlar;
• Rejissorluq (kino və rejissoru), operator, bədii yaradıcılıq və ekran dramaturgiyası, Kinoşünaslıq və s əlaqəli ixtisaslarda təhsilalanlar;
İştirak etmək arzusunda olanlar ərizə forması və müsahibə əsasında layihənin idarəetmə qrupu tərəfindən seçiləcək.
Təlim proqramı təcrübəli və peşəkar təlimçilərin, müvafiq sahələrdə tanınmış mütəxəssislər iştirakı ilə həyata keçiriləcək.
Müraciət üçün son tarix: 15 iyul, 2022-ci il
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az