“EduHack” hakatonu keçiriləcək

Bu dəfəki hədəf kütləmiz məhz universitet tələbələri və məzunlar, eləcə də təhsil sahəsində çalışanlardır. Bəs biz kimləri axtarırıq?
▪️ İnnovativ düşüncəli
▪️ Təşəbbüskar
▪️ Komanda ilə işləməyi bacaran
▪️ İnkişafa meyilli
UNEC, INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu baş tutacaq. Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki problemləri həll etmək üçün 3-5 nəfərdən ibarət komanda iştirakçıları 3 gün boyunca öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Ən maraqlı məqam isə 6000 AZN -lik mükafat fondudur. Beləki,
▪️ 1-ci yer 3000 AZN
▪️ 2-ci yer 2000 AZN
▪️ 3-cü yer 1000 AZN
Artıq distant təhsildə görüb şikayətləndiyiniz məsələlər sizin üçün dəyərləndirməyə hazır olan bir fürsətdir. Fürsəti qaçırmamaq üçün hakatona siz də qoşulun
📮Qeydiyyat: https://bit.ly/2ZnmqRF
✅Son qeydiyyat tarixi: 29 İyul

Bir cavab yazın

Back to top button