5 Dekabr 20:12

Edumap.az Təhsil Portalının Noyabr ayı üçün Giriş və Reytinq statistikası

2016-cı ilin noyabr ayı ərzində Edumap.az Təhsil portalına giriş statistikası ilə bağlı məlumatları təqdim edirik.

Rəqəmlər virtual dünyanın ən etibarlı hesablayıcısı sayılan Google Analytics-dən götürülüb.

Dövr ərzində saytımıza 80.228 ziyarətçi (sessiya) daxil olub. Ziyarətçilər 35.107 unikal İP-dən daxil olub. Ümumilikdə 186.730 səhifə baxışı olub. Hər bir ziyarətçı orta hesabla 02:33 dəqiqə saytda qalıb. Sayta daxil olanların 33.3 %-i ilk dəfə daxil olanlar, 66.7 %-i isə köhnə istifadəçilər olmuşdur.

noyabr

Ölkələr üzrə ən çox Azərbaycandan giriş olmuşdur:

olke

Şəhərlər üzrə ən çox giriş Bakı şəhərindən olmuşdur:

seher

Yaş fərqinə görə ən çox (52.15%) 18-24 yaş arası istifadəçilər daxil olmuşdur. 2-ci yerdə isə (36.67%) 25-34 yaşlı istifadəçilər qərarlaşıb. Sayta daxil olanların 53.1%-i kişi cinsinə, 46.9%-i qadın çinsinə mənsub istifadəçilərdir.

yash

Qeyd edək ki, Edumap Təhsil Portalı 2015-ci ildən fəaliyyət göstərir. Saytı ərsəyə gətirməkdə məqsədimiz gəncləri, cəmiyyətimizi təhsil sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar və xaricdəki təhsil imkanları barədə yenilikləri onlarla paylaşmaqdır. Sayt daha çox təhsil yönümlü xəbərlərin paylaşımı üzrə ixtisaslaşıb.

Youth Inc. inkubasiya mərkəzinin rezidenti Edumap Təhsil Portalı bu sahədə aktiv çalışan kurslarla (bundan sonra Partnyor Tədris Mərkəzi) və tələbə gənclərin istifadə edə biləcəyi bütün müəssisələr, onların xidmətlərindən yararlanmaq istəyən vətəndaşlarla sərfəli şərtlərlə əməkdaşlıq qurmaq fikrindədir. Belə ki, tərəfimizdən idarə olunan və oxucularının böyük əksəriyyətini gənclər təşkil edən edumap.az  (https://edumap.az/ ) müntəzəm olaraq keyfiyyətli xidmət göstərən tədris mərkəzləri barədə məsləhət verilməsi və əlaqələndirilməsi üçün çoxsaylı müraciətlər daxil olur.

Bizim missiyamız – gənclərin etibarlı bələdçisi olmaqdır.

Tədbirlərinizi, təlimlərinizi, seminarlarınızı, lahiyələrinizi, elan, reklam və s. məlumatlarınızı, məqalələrinizi saytımızda yerləşdirmək istəyirsinizsə, aşağıda qeyd olunan email və telefon nömrələri vasitəsilə bizimlə əlaqə yarada bilərsiniz.

 Elan və reklam qiymətləri: reklam-edumap-dekabr2016

E-mail:
[email protected]
[email protected]
Facebook:
https://www.facebook.com/togrulbayramli

Mobil:   
(+994 51) 843 25 99 
(+994 77) 464 18 68
(+994 55) 206 12 74


Toğrul Bayramlı

 

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)