Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçiriləcək son illərin ən sürətlə inkişaf edən və ən çox maraq cəlb etmiş sosial şəbəkəsi olan TikTokda baş tutacaq.
EduTok layihəsi ilə qarşınızdayıq.
EduTok layihəsi gənc müəllimləri TikTok platforması üzərindən təhsilyönümlü kontentləri hazırlayaraq hədəf kütləyə daxil olan şagirdlər, tələbələr və onların valideynləri üçün faydalı olacaq bir kanal yaratmağı hədəfləyir.
Layihəmizin əsas məqsədi aşağıdakılardır:
TikTok platformasında gənc müəllimlərin aktiv iştirakını təmin etmək;
Azərbaycan dilində maarifləndirici və öyrədici kontentlərin yaradılmasını dəstəkləmək;
Şagirdlərin və tələbələrin platformadan daha səmərəli şəkildə istifadəsinə şərait yaratmaq;
Müəllimlərə, şagirdlərə və onların valideynlərinə mütəmadi olaraq interaktiv kontent təqdim etmək;
Şagirdlərin və tələbələrin video kontentlər vasitəsi ilə müxtəlif mövzularda məlumatlılığını artırmaq;
Gənc müəllimlərin alternativ öyrətmə metodlarını mənimsəməsinə dəstək olmaq;
Təhsil sahəsində alternativ və müasir yanaşma ortaya qoymaq.
Layihə üç mərhələdən ibarətdir:
1-ci mərhələ ; (7-15 oktyabr) müəllimlərin seçilməsi video kontent müsabiqəsi əsasında baş tutacaqdır. Gənc müəllimlər öz çəkdikləri iki TikTok videosu ilə müraciət etməlidirlər. Müraciət üçün qoyulan tələblər aşağıdakı kimidir:
Mövzunun yığcamlığı;
Video müddətinin 30 – 60 saniyə arasında olması;
Öyrədici və təhsil sferasına aid olması;
Kontentin müəllim, şagird və valideyn kütləsi üçün nəzərdə tutulması;
Videoda iştirak edən şəxsin portret formatında çəkilməsi;
Müraciət edən müəllimin ixtisasına uyğun olaraq qısa maarifləndirici video kontentlər hazırlamaları tələb olunur.
Birinci mərhələdən 10 nəfər gənc müəllim seçilərək ikinci mərhələdə iştirak edəcəklər.
2 -ci mərhələ ; (15-25 oktyabr) öyrədici video kontent yaratmaqda həvəsli olan müəllimlər müəyyənləşdiriləcək və 10 müəllimə TikTok üçün video kontentlərin yaradılması və TikTok kanalının inkişaf etdirilməsi istiqamətində təlimlər və konsultasiya həyata keçiriləcək. İlk onluğa daxil olan müəllimlər sürətləndirilmiş onlayn təlim kursuna cəlb ediləcəklər. Həmçinin həmin müəllimlər AGMA-nın rəsmi TikTok kanalında öz istiqamətlərinə uyğun olaraq video kontent yerləşdirmək imkanı əldə edəcəklər.
Təlim mövzuları:
TikTok platformasının alqoritmi;
Trendlərin izlənilməsi;
Kontent planının hazırlanması;
TikTok üçün videoların çəkilməsi;
TikTok kanalının inkişaf etdirilməsi;
Videoların sürətli montaj olunması;
Videolar üçün mətnlərin yazılması.
3- cü mərhələ ; (25oktyabr-10 noyabr) təlimləri bitirmiş müəllimlərin hazırladıqları video kontent AGMA-nın TikTok kanalında yayımlanacaqdır. 7 gün ərzində daha çox bəyənmə toplamış ilk 3 video kontent qalib olaraq müəyyənləşdiriləcəkdir.
İlk üçlükdə yer alan müəllimlərə video kontentlərini daha keyfiyyətli şəkildə istehsal etmələri üçün avadanlıqlar hədiyyə ediləcək.
Qeydiyyat linki
AGMA-nın TikTok səhifəsi
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur