4 Fevral 20:26

“Effektiv satış texnikaları”mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 14 fevral 2020-ci il tarixində sahibkar və menecerlər üçün “Effektiv satış texnikaları”mövzusunda təlim keçiriləcək.

Tədbirin təşkilində məqsəd iştirakçıları satış və satıcı, müxtəlif satış texnikaları, satış təmsilçisinin xüsusiyyətləri, inandırma, şikayətlərin idarə olunması və digər mövzularda maarifləndirməkdir.

Təlimdə iştirak etmək istəyən sahibkar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin [email protected] e-mail ünvanına mövzu yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.

Təlimin tarixi: 14 fevral, 2020-ci il, saat 11:00 – 13:00 Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası) Əlaqələndirici şəxs: Rəşad Mansurov Tel: (+994 12) 404-04-01

Bəyən və paylaş