30 May 11:25

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium keçiriləcək

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş
Beynəlxalq Simpozium keçiriləcək
AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2-3 oktyabr 2019-cu il tarixində
görkəmli Azərbaycan mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy
Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyi münasibəti ilə
Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumunu keçirir.
Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:
1. Əhməd bəy Ağaoğlu və müsəlman Şərqində müasirləşmə problemləri.
2. Əhməd bəy Ağaoğlu türkçülüyün ideoloqlarından biri kimi.
3. Əhməd bəy Ağaoğlunun Azərbaycanda ictimai-siyasi fəaliyyəti.
4. Əhməd bəy Ağaoğlunun Türkiyədə ictimai-siyasi fəaliyyəti.
5. Əhməd bəy Ağaoğlu və müasirləri.
6. Ağaoğlular Türkiyənin ictimai-siyasi həyatında.
Simpoziumda iştirak etmək istəyənlər 2019-cu il sentyabrın 10-dək məruzə
tezislərini Təşkilat Komitəsinin [email protected] və ya
[email protected] e-poçt ünvanlarına göndərməlidirlər. Tezislər 3000-3500
işarə həcmində olmalı, Times New Roman-12 şrifti və sətirlərarası
interval 1 ilə yığılmalıdır. Səhifənin əvvəlində müəllifin adı, soyadı,
işlədiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi, elmi adı, elektron
poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmaldır.
Simpoziumda iştirak xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.
Simpoziumun dilləri – Azərbaycan, türk, ingilis, rus.
Təşkilat Komitəsi: Bakı şəhəri, H. Z. Tağıyev küçəsi, 4,
AMEA Milli Azərbaycan Tarixi Muzeyi.
Əlaqə telefonu: (012)-598-17-39 E-mail: [email protected]
[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)