Eko-skaut düşərgəsi keçiriləcək

Böyük maraqla gözlənilən növbəti Eko-skaut düşərgəsi yenidən baş tutacaq!
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan ilə birgə, IDEA eko-skaut proqramı çərçivəsində təşkil edilən Samur-Yalama Milli Parkında 28-30 may tarixində "Təbiətin keşiyində" adlı yeni bir düşərgə təşkil olunacaq.
İştirakçıları Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.
Düşərgədə iştirak etmək istəyənlər üçün şərtlər:
Yaş həddi: 18-25 yaş
advertisement Təhsil: Ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış gənclər
Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.
Düşərgədə iştirak etmək istəyənlərdən https://forms.gle/Lcs54FAT2ZX2qSi6A linkdəki formanı doldurmaları xahiş olunur.

Düşərgə qeydiyyatı üçün son tarix: 25 may 2022-ci il
advertisement
__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az

advertisement


İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az