29 İyun 10:41

Eko-skaut düşərgəsi (Şahdağ Milli Parkı)

Milli parklarda keçirilən növbəti eko-skaut düşərgəmizi gözləyənlərin nəzərinə ❗️

İyulun 17-19-da Şahdağ Milli Parkında (İsmayıllı bölməsi) baş tutacaq düşərgəmiz üçün qeydiyyat başladı!

📝 Düşərgədə iştirak etmək istəyənlərdən 7 iyul tarixinə qədər aşağıdaki linkə daxil olub, qeydiyyat formasını doldurmaları xahiş olunur.

LINK: https://docs.google.com/forms/d/1Xf8AVIKdVnm-tlDMmQWu5eyXHIVnGgdCGZqNdsjXe-E/viewform?edit_requested=true

İştirak etmək istəyənlər üçün şərtlər:
* Yaş həddi: 18-25
* Təhsil: Ətraf mühit və digər sahələrdə təhsil alan və ya təhsilini tamamlamış gənclər

İştirakçı nəzərə almalıdır:
– Su keçirməyən rahat ayaqqabı;
– Gigiyena vasitələri (sabun, diş fırçası və məcunu, əl-üz dəsmalı;
– Yemək dəsti (boşqab, çəngəl, qaşıq, stəkan, su qabı);
– Ağcaqanada qarşı sprey;
– Qalın üst geyimi (təhlükəsizlik baxımından, ətək və şort tipli geyimlər qadağandır).

Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.

*İŞTİRAK ÖDƏNİŞSİZDİR*

Əlavə məlumat üçün: Tel: +(994 12) 497 63 16

Bəyən və paylaş

Rəylər

rəy(lər)