15 Sentyabr 23:17

“EkoGənc” layihəsinə start verilir

Son zamanlar gənclər arasında ekologiyaya, ətraf mühitin qorunmasına maraq  azalmışdır. Bunun başlıca səbəbi insanların sosial şəbəkələrdən, muasir texnaloqiya vasitələrindən daha cox istifadə etmələridir.  Gənclər boş vaxtlarını daha çox çay evlərində, internet klublarda  keçirilər.   Ətraf mühit, təbiət isə yadda çıxır. Gənclər arasında təbiətə, ətraf mühitə sevgi hissləri aşılamaq. Onlar arasında ekoloji aksiyalara könüllü meyllilik hissləri yaratmaq lazimdir. Layihənin mahiyyəti ətraf mühitin qorunmasına dəstək olmaqdan ibarətdir.

Edumap.az -a verilən məlumata görə, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və dəstək olmaqdır.

Qeyd edək ki, layihə ərzində “Sağlam həyat tərzi”, “Ekologiyanı qoruyaq” və s. kimi təlim və seminarlar təşkil olunacaq. Həmçinin layihə müddətində müxtəlif ekoloji aksiyalar təşkil olunacaq.

Layihənin texniki dəstəyi Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisidir.

İştirakçıların seçim meyarı :

• Yaş məhdudiyyəti: 15-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli.
• Yüksək motivasiyalı olmalı.
• Təbiəti  sevməli.

Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.

Layihənin keçirilmə tarixi: 01.09.2016-01.12.2016

Son müraciət tarixi: 21.09.2016

Ərizə forması:

Əlaqələndirici şəxs: Seymur Mirzəyev (layihə rəhbəri)
Email: [email protected]
Telefon: +994557396444

Bəyən və paylaş

Rəylər

rəy(lər)