“Ekologiya və ətraf mühit üzrə mütəxəssis” vakansiyası

“Azərkosmos” Tematik emal qrupuna “Ekologiya və ətraf mühit üzrə mütəxəssis” vakansiyasını elan edir!
Öhdəliklər:
– Müxtəlif tətbiq sahələrində, xüsusilə ekologiya sahəsində məsafədən zondlama verilənlərinin və metodlarının tətbiq olunması yolu ilə tematik məhsulların hazırlanması və xidmətlərin göstərilməsi
– Müxtəlif məkan və spektral ayırdetməli məsafədən zondlama verilənlərinin kəmiyyət və keyfiyyət analizlərinin aparılması
– Müxtəlif sensor texnologiyaları (aktiv və passiv sensorlar) vasitəsilə alınmış verilənlərin inteqrasiyası
– Peyk təsvirlərinin emalı və interpretasiyası, obyektlərin identifikasiyası və analizi
– Peyk təsvirlərinin təsnifatlaşdırılması məqsədi ilə müxtəlif alqoritmlərin tətbiqi, nəticələrin dəqiqliyinin qiymətləndirilməsi və əldə olunan yekun məlumatların CİS mühitinə inteqrasiyası
– Məsafədən zondlama verilənlərini istifadə etməklə ətraf mühitin monitorinqi və dəyişikliklərin aşkar edilməsi, nəticələrin müxtəlif təyinatlı və formatlı tematik xəritələr şəklində tərtib olunması və mövcud xəritələrin yenilənməsi
– Müştəri ehtiyacları üçün ekologiya sahəsində məsafədən zondlamanın və CİS-də məkan analizlərinin tətbiqinə dair təlimlərin keçirilməsi
– Perspektiv və pilot layihələr üzrə təkliflərin verilməsi
– Layihələrin idarə olunması, texniki tapşırıqların, hesabatların və təqdimatların tərtibi
– Layihələr üzrə keyfiyyət yoxlanılması işlərinin icrası
– Layihələr üzrə çöl tədqiqat işlərinin planlaşdırılması
– “Web GIS” internet resursunda tematik “basemap” və dinamik “layer”lərin müəyyən edilməsi və idarəolunması
Namizədə dair əsas tələblər:
Təhsil: Ekologiya və ətraf mühit, məsafədən müşahidə, CİS, coğrafiya, kartoqrafiya, informatika, fizika və riyaziyyat ixtisasları üzrə ən azı bakalavr səviyyəsi
İş təcrübəsi: İxtisasa dair proqram təminatlarından istifadə etməklə ən azı 3 il iş təcrübəsi
Dil bilikləri: ArcGIS, QGIS, ERDAS IMAGINE, ENVI, AutoCAD, MS Office və s.
Bacarıqlar:
  • Analitik düşüncə
  • Təqdimat bacarıqları
  • Kollektivdə çalışmaq
  • Vaxtın məhdud olduğu şəraitdə işləmək bacarığı
  • İşə yanaşmada müsbət düşüncə
Arzu olunan bilik və bacarıqlar: Proqramlaşdırma dilləri (məs. Python), ekologiya sahəsində iş təcrübəsi
Vakansiya üzrə tələblərə uyğun olan namizədlər öz CV-lərini 18 yanvar 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button