“Ekoloji BİLİK” layihəsinin icrasına start verildi

Edumap.az xəbər verir ki, Azərbaycan Resbublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə, gənclərin ekoloji biliklərinin artırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqədi ilə həyata keçirilən“Ekoloji BİLİK” layihəsinə start verildi.

Layihə çərçivəsində gənclərə “Ekologiyanın mühafizəsi və yaxşılaşdırılması” mövzusunda təlimlər keçiriləcək və bu təlimlərdən sonra gənclər üçün ekoloji sahədə çirklənmiş ərazidə tur təşkil olunacaq. Tur çərçivəsində iştirakçılar komandalara bölünəcəklər. Hər komandada 5 iştirakçı olmaqla 6 komandanın iştirakı ilə intelektual oyun keçiriləcək. Oyun 10 mərhələdən ibarət olacaq və hər mərhələdə ərazi və ekolgiya ilə bağlı suallar olacaq. Sualların cavablarını ən tez tapan komanda oyunun qalibi olacaq.
Layihədə Bakı şəhərində yaşayan 18-29 yaş aralığında 30 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədə iştirak edən hər kəs sertifikatla təltif olunacaq.

Qeydiyyat üçün: https://goo.gl/dMOXdS
Qeydiyyat üçün son tarix: 27 noyabr, saat 18.00
Əlaqələndirici şəxs: Kənan Məmmədov
Mobil tel: 050 273 72 83
E-mail: [email protected]

Show More

Bir cavab yazın

Back to top button
Close