"Ekosistemin İnkişafına Dəstək" komitəsi üzv qəbulunu açıq elan edir

Əziz Gənclər
Azərbaycan Respublikası Gənclər təşkilatları Milli Şurası(NAYORA) nəzdində fəaliyyət göstərən Beyin mərkəzlərindən biri olan “Ekosistemin İnkişafına Dəstək” komitəsi ekoşüurluluğun artırılması istiqamətində fəaliyyətləriylə qarşınızdadır.
“Ekosistemin İnkişafına Dəstək” komitəsinə üzv olduğunuz təqdirdə siz bir sıra fəaliyyətlərdə iştirak edəcəksiniz:
- İnteraktiv təlimlər
- Panel müzakirələri
- Maraqlı rubrikalar
- Kompaniyaların keçirilməsi
- Trəştəg
- Debatlar
- Komanda təqdimatları
Əldə edəcəkləriniz:
- Ətraf-mühitin inkişafını dəstəkləyən fəaliyyətlərdə iştirak və məlumatlanma
- Sosial aktivlik
- Komanda quruculuğu
- Problem həll etmə
- Tənqidi düşüncə
- Təqdimat bacarıqları
- Kreativlik
Gələcək imkanlar:
- Təşkilatda könüllük müraciəti zamanı aktiv üzvlərə üstünlük veriləcəkdir.
- Təşkilat tərəfindən keçiriləcək digər layihə, konfrans və təlimlərdə iştirakçı olmaq fürsəti.
Əgər siz də bizimlə birlikdə özünüzün və ətraf-mühitin inkişafına dəstək olmaq istəyirsinizsə, elə isə bizə qoşulun!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az