Elektrik mühəndisliyi üzrə ödənişsiz seminar

Barattson sizi Elektrik mühəndisliyi üzrə ödənişsiz seminara dəvət edir!

“Elektrik mühəndisliyi üzrə ödənişsiz seminar ” 10 Yanvar 2016-ci il tarixində saat 19:00-da Barattson ofisində təşkil ediləcək.

Seminarın mövzusu: Elektrik avadanlıqlarının təhlükəsizliyinin təmin olunması şərti ilə quraşdırılması və istismarı:

1. Texniki Təhlükəsizlik və Texniki İstismar qaydaları
2. Elektrotexnikanın əsas anlayış və parametrləri
3. Elektrik avadanlıqlarının diaqnostikası
4. Elektriki hesablama və parametrlər
5. Compex

Seminarın müddəti 2 saatdır.

Seminar zamanı iştirakçılar Elektrik mühəndisliyi üzrə təlimçilərimiz Abbaslı Cəfər və Rəhimov Şahvaris ilə təmasda olacaq və onlara mövzu üzrə maraqlandıqları sualları verə biləcəklər.

Elektrik mühəndisliyi üzrə seminara növbəti link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/forms/d/1rgwbtsC3An96yphTPmViOYTCWzR_sUw9H1u1PyAj9CM/viewform?usp=send_form

Qaydalara əsasən sizin gəlişinizi təsdiq etməniz üçün 10 AZN məbləğində ödəniş etməniz lazımdır. Bu ödəniş depozit xarakteri daşıyır və sizin seminara gəldiyiniz təqdirdə sizə geri qaytarılır.

Ödəniş üçün 07 Yanvar 2016-cı il tarixində saat 19:00-a kimi ofisimizə yaxınlaşmağınız tələb olunur.

Seminarda yalnız qeydiyyatdan düzgün keçən şəxslər iştirak edə biləcək.

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

[email protected]
070-205-44-95

Bir cavab yazın

Back to top button