Elektrik Mühəndisi vakansiyası

AZFPCOLTD MMC Elektrik Mühəndisi vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə və öhdəliklər:

– İstehsalat sahəsində Elektrik sistemlərinin işlənməsi və yoxlanılması;
– Ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin aparılması;
– İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
– Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
– Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Vakansiya ilə bağlı tələblər:

– Elektrik mühəndisliyi üzrə ali təhsil;
– Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
– Müvafiq kompüter proqramlarını bilmək (Microsoft Office və s.) ;
– Diqqətli,çevik və məsuliyyətli olmaq;
– Kollektivdə işləmək bacarığı;

Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button