14 Fevral 17:42

Elektron Bankçılıq (ödənişsiz seminar)

“ProZone” təlim və tədris mərkəzi olaraq, Elektron Bankçılıq xidmətləri və bu xidmətlər üzrə risklərin idarə edilməsi barədə ÖDƏNİŞSİZ seminar təşkil edirik. Seminar Mərkəzi Bankın böyük mütəxəsisi Xəyaləddin Tağıyev tərəfindən keçirilir.

Bank sahəsində biliklərini artırmaq istəyənlər və bu sahədə işləmək istəyən namizədlər bu seminar vasitəsilə dəyərli biliklərə sahib ola bilərlər. Bu seminarda elektron bankçılıq xidmətləri üzrə ölkədə mövcud vəziyyət, elektron bankçılıqdan istifadə, elektron bankçılıq xidmətinin növləri, elektron bankçılıq xidmətinin təqdim edilməsi və istifadəsi, elektron bankçılıq xidməti üzrə təhlükəsizliyin təmin olunmasına dair tövsiyələr, məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər və elektron bankçılıq sahəsində inkişaf perspektivləri barəsində məlumat veriləcəkdir. Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik” hazırlanaraq təsdiq edilmişdir. Seminarda bu sənəd barədə də geniş məlumat veriləcəkdir.

Elektron bankçılıq haqqında biliklərini genişləndirmək istəyən hər kəs tədbirə dəvətlidir.

Qeydiyyat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

Ünvan: Nizami küçəsi 203, Af Business House (Fresco marketin yanı) 5-ci mərtəbə – ProZone (Professional Training & Research Zone).
Əlaqə: (012) 598 00 98, (050) 582 82 52, (055) 207 76 12. Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)