30 Oktyabr 23:02

“Elektron incəsənət” dizayn müsabiqəsi

Əziz gənc dizaynerlər,
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Elektron incəsənət” dizayn müsabiqəsinə qeydiyyat başladı.

“Elektron incəsənət” dizayn müsabiqəsi, gənc və istedadlı tələbələrin bu sahədə olan bacarıqlarını cəmiyyətə təqdim edəcəkdir. Gənc tələbələr, onlar üçün yaradılmış şəraitdən istifadə edərək öz bacarıqlarını nümayiş etdirəcəklər.

Dizayn müsabiqəsi “Milli kinoların cover dizaynı yeni formatda” adı altında siz dizayn həvəskarlarının ixtiyarına verilir. Müsabiqəyə coverləri göndərmək istəyən gənc dizaynerlər konseptə uyğun işlərini 10.11.2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilər.

Layihənin sonunda isə qalib gənclər qiymətli hədiyyələr və diplomlarla təltif olunacaqdırlar.

Əlaqə:
Layihə rəhbəri
Paşazadə Azər
+994508500841

Bəyən və paylaş

Rəylər

rəy(lər)