“Əli və Nino” / Elvin Mirzəyev

ALİ VƏ NİNO (Azərbaycan, 2016, 110 dəq.)
Rejissor: Elvin Mirzəyev

YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir.

Filmin qəhrəmanı Bakılı müsəlman Əli xan daha çox nəyi sevdiyini və nəyə bağlı olduğunu anlamağa can atır. O, Ninonu çox bərk sevir. Nino xristiandır, o, başqa dünyanın, milliyyətin, mədəniyyətin, adət-ənənələrin nümayəndəsidir. Amma Əli xan Ninoya ancaq Bakı şəhəri çərçivəsində aşiqdir. Bakıdan kənarda Əli xan Ninoya nifrət edəcək, Nino Əli xana İranda nifrət etdiyi kimi.

Bakının məhvi, Əlinin və Ninonun sevgisinin sonu deməkdir. Əli ideal cəmiyyətin utopik ideyasını özündə daşıyır. Əli xan daim öz hisslərini dəqiqləşdirməyə çalışır. Gözləri ilə qərbə bağlı olan Əli, öz ruhu vücudu, qəlbi ilə Şərqin, tarixi kökünün, ənənəsinin əsgəridir, öz qəlbində iki ziddiyyətli dünyanı birləşdirmək, uzlaşdırmaq istəyir.

Bir növ sonuncu mogikanların dövründən olduğu kimi, böyük ənənənin, tarixi etnosun, onun zadəganlarının, mədəniyyətinin, bəlkə də bir növ sivilizasiyasının məhv edilməsindən bəhs edən filmin qəhrəmanları tarixi keçidin, geosiyasi dəyişikliyin, dünya xəritəsinin dəyişən, yenidən bölünən dövrünü yaşayırlar.

Tarix: 27 Dekabr, 2016
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button