ƏLİFBA ANİMASİYA FİLMİ 1-Cİ HİSSƏ

Əziz balaca dostlar, maarifləndirici, çoxhissəli “Əlifba” animasiya filmi ilə sizlər hərfləri sevərək oxumağı və yazmağı öyrənəcəksiniz. Hərflər aləminə səyahət edərək  biliyin təməlini qoymağa nail olacaqsınız. Dostlar, filmin 1-ci hissəsində “A”,”B”,”T”,”N”,”Ə” hərflərini özünüz üçün kəşf edəcəksiniz. Rəngarəng animasiyalar, vizual olaraq gördükləriniz sizi daha çox öyrənməyə həvəsləndirəcək və elmin qapılarını üzünüzə açmaqda ilk addım hesab olunan hərfləri tez və ən sadə üsullarla mənimsəməyinizə yardım edəcək.
Nümayişinin sponsoru ÇİNAR Yayimlari nəşriyyatı olan, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminə “Texno Çinar” YouTube kanalından baxa bilərsiniz.

Bir cavab yazın

Back to top button