21 Noyabr 11:56

Əlilliyi olan uşaqların inkişafında valideynlərin rolu – seminar

“Bakcell”in sponsorluğu ilə “Uğur Akademiyası” və “UAFA”-nın birgə əməkdaşlığı nəticəsində 26 noyabr, saat 2-də “Fabrika Coworking Center”də xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçiriləcək.

Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaqdır. Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər olacaq.

Seminar ödənişsizdir. İştirak etmək istəyənlərdən 055 743 80 85 nömrəsinə zəng etməklə öncədən qeydiyyatdan keçmək xahiş olunur.

Seminarın keçiriləcəyi ünvan : Nizami küçəsi 92, Fabrika Coworking Center ( “Landmark və ADNSU-nun 3-cü korpusunun yanı)

Ən Son Yazılar
Bəyən və paylaş