Elizabet Vayt Aqrar Universitetin müəllim və tələbələri ilə görüşüb

Edumap.az xəbər verir ki, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt  Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilində tədris aparan müəllimlər və ingilis dilində təhsil alan tələbələrlə görüşüb. Gorüş yeni istifadəyə verilən tələbə evi kompleksinin akt zalında olub və 100-dən artıq tələbə iştirak edib. “British Council” təşkilatının əsas hədəfi təhsilin beynəlmiləlləşdirilməsi, bu sahədə Birləşmiş Krallıq təcrübəsi innovasiyasının dünyaya yayılması və təhsil partnyorlarının birgə layihələrdə əməkdaşlığa cəlb olunmasından ibarədir.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə toplantıda  təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  artıq xeyli vaxtdır bu təşkilatla işgüzar əməkdaşlığın olmasından və təlbələrin dil biliklərinin artırılması, eləcə də müəllimləri təkmilləşdirilməsi istiqmətində uğurlu nəticələr əldə edildiyindən danışıb.

Görüş toplantıda  ingilisdilli müəllim və tələbə auditoriyasının sualları müzakirə edilib,  British Councilin rəhbəri tərəfindən cavablandırılıb. Tələbələrin İELTS imtahanı ilə bağlı suallarına isə British Councilin imtahan üzrə meneceri Nərgiz Əkbərova aydınlıq gətirib. Tələbələrə imtahanın şərtləri, tələblər ətraflı izah edilib. 

Toplantının giriş sözünü Azərbaycan dilində auditoriyaya çatdıran Elizabet Vaytla tələbələr və müəllimlər Britaniya barəsində, onun Azərbaycana münasibəti haqqında mehriban söhbət aparıblar. Elizabet Vayt müəllimləri APTİS imtahanında göstərdikləri yüksək nəticələrə görə bir daha təbrik edib və gələcəkdə əməkdaşlığımızın daha da şaxələnməsinə ümid etdiyini deyib.

Rəylər

rəy(lər)