“Elm tarixi və elmşünaslıq: fənlər arası tədqiqatlar” mövzusunda II Beynəlxalq elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 15 oktyabr 2021-ci il tarixində elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlər arası tədqiqatlar” mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək. Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur. Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır. Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və konfrans iştirakçılarına göndəriləcəkdir. Beynəlxalq elmi konfrans ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir. Konfrans elm tarixinin “Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”, “Təbiət və dəqiq elmlər tarixi”, Humanitar və ictimai elmlər tarixi”, “Elm adamları və elmi məktəblər”, “Elmşünaslıq və elmin populyarlaşdırılması” istiqamətləri üzrə təsnifatlandırılıb. Bölmələrin sayı və adı təşkilat komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənəcək. Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 5 sentyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada təşkilat komitəsinin aşağıdakı poçt ünvanına təqdim edilməlidir: [email protected]. Qəbul edilən tezislər haqqında məlumatın verilməsi üçün ən son tarix 15 sentyabr 2021-ci il, məqalələrin göndərilməsi üçün isə 25 sentyabr 2021-ci il nəzərdə tutulub. Daha ətraflı məlumat üçün linkə daxil olun: http://historyofscience.az/content/463  

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az