“Elmi Araşdırma işi ilə tanışlıq: haradan başlayaq, necə edək?” mövzulu seminar

Dəyərli Şəki gəncləri: Elmi araşdırmalara marağınız var? Nadir fürsəti əldən verməyin! “Colorit Tourism” və Samir Zamanov"un təşkilatçılığı ilə 19 iyul 11:00 tarixində “Elmi Araşdırma işi ilə tanışlıq: haradan başlayaq, necə edək?” mövzulu seminar ilə qarşınızdayıq. Qonağımız: Ph.D. Fuad Mehraliyev - “MEAK – Mehraliyev Elmi Araşdırma Klubu”-nun təsisçisi. Ölkəmizdə müxtəlif universitetlərində müəllimlik edib, son 5 ildə Honk Kong universitetlərində elmi fəaliyyətini davam etdirir. Azərbaycanda qısa məzuniyyətdə olan Fuad müəllim Şəkiyə dəvətimizi qəbul etdi! Şansı əldən verməyin! Seminarın vaxtı:18 iyul 15:00-17:00 19 iyul 11:00-13:00 Seminarın yeri: Yaxın günlərdə dəqiqləşdiriləcək! Seminara kimlər iştirak edə bilər? • Xaricdə magistratura və ya Ph.D təhsili almaq istəyənlər • Gənc müəllimlər • Ölkəmizdə təhsil alan gənclər • Elmi araşdırmaya marağı olan hər kəs Seminar ÖDƏNİŞSİZDİR və iştirakçılar SERTİFİKAT"la təltif olunacaqlar. Seminara qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiz. https://forms.gle/sQP3W5DzSjLTcpR6A

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az