7 İyun 12:23

Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 1 sentyabr 2017-ci il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
– Kağızın formatı – A4, Word redaktorunda;

– məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;
– müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;
– Həcmi – 5 səhifədən çox olmamalıdır;
– Şrift – Times New Roman 12;
– Sətirlərarası interval – 1,5;
– İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 12);
– məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.
Telefon: (+994 12) 437 63 33

Bəyən və paylaş

Rəylər

rəy(lər)