8 Dekabr 10:51

Emalatxana / “studiya işiqları ilə iş” adlı seminar

Hörmətli fotoqrafiya həvəskarları!

Sizi dekabrın 18-də Bakıda ART Tower qalereyasında Emalatxana layihəsi çərçivəsində keçiriləcək seminara dəvət edirik. Seminar Arts Council Azərbaycan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunub.

İşıq – fotoqrafın işində ən vacib amildir. Məhz işıq fotolarda müvafiq atmosfer və əhval-ruhiyyə yaradır. İşıq – fotoqrafiyanın istənilən janrı üçün mühüm vasitədir. Onunla düzgün işləmək bacarığı fotoqrafa işlərini daha da təsirli etmək imkanını verir.

Seminarın məqsədi – süni işıqlar ilə işin əsasları və ümumi tanışlıqdır. Seminarda işığın xüsusiyyəti, texniki proseslər və avadanlıq, müxtəlif yaradıcı və kommersiya məqsədləri üçün işıq sxemlərinin tətbiqi haqqında ümumi müzakirələr aparılacaq. Seminar yeni başlayanlar, eləcə də həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Seminar Azərbaycan və Rus dillərində aparılacaq.

Seminarın aparıcısı – fotoqraf Rüfət Abas işığın qurulmasının mühüm məqamlı haqqında danışacaq.
18 dekabr saat 15:00-18:00
Giriş pulsuzdur!

Bəyən və paylaş