“Embedded sistemlərin proqramlaşdırılması” proqramına qəbul başladı
Hackademy robotlaşdırma sahəsində “Embedded sistemlərin proqramlaşdırılması” proqramına qəbul elan edir.
Müraciət linki: http://hackademy.az/
Müraciətlərə əsasən seçilən namizədlər səviyyə ölçmə imtahanına dəvət ediləcəklər. Yalnız 20 nəfər imtahan vasitəsilə seçilərək proqrama qəbul olunacaq.
Proqram hər biri 3 ay olmaqlar 2 moduldan ibarətdir. Dərslər hər biri 3 saat olmaqla həftədə 2-3 dəfə keçiriləcək və ümumilikdə proqram 6 ay davam edəcək.
Birinci modul: Iyun – Avqust
Ikinci modul: Sentyabr – Noyabr
Müraciət linki: http://hackademy.az/
Aylıq ödəniş: 150AZN.
Hackademy proqramlaşdırma sahəsində sizə alqoritmik bacarıqların sağlam bünovrəsini praktiki metodlarla qazandırır. Dünya səviyyəli mütəxəssis kimi yetişməkdə ən vacib element proqamlaşdırmanın bünovrəsində dərin alqoritmik düşüncə qabiliyyətinə sahib olmaqdır.