Embedded Sistemlərin Proqramlaşdırılması proqramına start verilir
Hackademy Embedded Sistemlərin Proqramlaşdırılması proqramına start verir. Hər biri 3 ay olmaqla 2 moduldan ibarət olan proqramda dərslər 2-3 saat olmaqla həftədə 2 dəfə keçiriləcəkdir. Proqramda iştirakçılar ən əsas bilikləri praktiki şəkildə öyrənəcək və real layihələr üzərində tətbiq edəcəklər.
Sonrakı mərhələlərdə isə layihələri uğurlu qiymətlədirilən iştirakçılar məhsulu startup layihə kimi investorlar qarşısında təqdim etmək üçün Social Innovation Lab-in ClimateLaunchpad Azerbaijan, Creative Business Cup Azerbaijan və NewSpace Accelerator proqramlarına birbaşa giriş əldə edəcəklər.
Sizin layihələrinizi reallaşdırmaq üçün bütün qapıları açacağıq! İlk qapı isə texniki bacarıqlara yiyələnməkdir!
Bunun üçün elə indi qeydiyyatdan keçin
Qeydiyyat : http://hackademy.az/az/application/
Son qeydiyyat tarixi: 05.01.2019