"Əmək haqqı üzrə Mütəxəssis "vakansiyası

Araz Supermarketlər Şəbəkəsi "Əmək haqqı üzrə Mütəxəssis "vakansiyası üzrə işə qəbul elan edir! Tələblər : -Müvafiq sahədə minimum 3 ildən yuxarıiş təcrübəsi; -Microsoft Office (Word, Outlook, PowerPoint, xüsusilə Excel) proqramlarını bilmək; -Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər; Vəzifə öhdəlikləri : - Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək; - Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək; - İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq; - Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək; - Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq; - Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək; - Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq; - Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək; - Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az