#
8 Oktyabr 11:08

“Əmək Məcəlləsinin nəzəri və praktiki” adlı təliminə qeydiyyat başladı

01.11.2018-ci il tarixdən “Training of Labor Code” kursu olaraq Sizləri YENİ FORMATDA VƏ ƏLAVƏ EDİLMİŞ YENİ MÖVZULAR İLƏ “Əmək Məcəlləsinin nəzəri və praktiki” adlı təlimin yeni başlıyacaq sessiyasına dəvət edirik.

İştirakçılar bu təlimdə nə öyrənəcəklər?

Yerli əmək qanunvericiliyini (əmək məcəlləsi, müvafiq qanunlar, nomrativ – hüquqi aktlar və s) və kadr kargüzarlığını tam əhatə edəcək biliklər əldə edəcəklər.

Təlim müddəti: 1 ay, (20 saat)

Təlimin keçirilmə vaxtı: Həftədə 2 dəfə, həftənin 3 və 6 –cı günləri, (vaxt iştirakçıların ortaq tələbi ilə müəyyənləşdirilə bilər).

Təlim fərdi və qrup halında yerinə yetirilir. (Qrup 7-8 nəfər)

Təlim ödənişlidir. Təlimdə iştirak haqqı 150 AZN-dir. Fərdi formada olan kursun qiyməti fərqlidir.

Təlimdə iştirak etmək üçün, qeydiyyat linki vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz və ya 055-873-87-17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeydiyyat linki: LİNK

Təlimə daxildir:
– Təlim materialları. (Cap və elektron formada)
– Pratiki çalışmalar,
– Ev tapşırıqları,
– DƏMX ilə aparılan yazışmaların sürətləri,
– Keçirilmiş hər dərs üçün və yekun testlər,
– Sertifikat,

Təlimdə keçiriləcək mövzular?

Əmək haqqı ilə əlaqəli aşağıda qeyd olunmuş mövzular:

1. Əmək məzuniyyətinin hesablanması,
2. Təhsil məzuniyyətinin hesablanması,
3. Yaradıcılıq məzuniyyətinin hesablanması,
4. Doğuma görə müavinətlərin hesablanması,
5. Uşağa qulluğa görə müavinətlərin hesablanması
6. Gecə vaxtına görə əlavə əmək haqqının müəyyən edilməsi, (NK-74 saylı qərar)
7. Axşam növbəsinə görə əlavə əmək haqqının müəyyən edilməsi,
8. Gecə növbəsinə görə əlavə əmək haqqının müəyyən edilməsi, (NK-74 saylı qərar)
9. Xəstəlik vərəqəsinin hesablanması, (NK-189 saylı qərar)

Əmək Qanunvericiliyi ilə bağlı aşağıda qeyd olunmuş mövzular:

1-ci dərs. (2 saat)
Ümumi anlayışlar. Əmək müqaviləsi və əmək münasibətləri.
1.1 Əmək Qanunvericiliyinə giriş
1.2 Əmək Qanunvericiliyində ilkin və əsas anlayışlar.
1.3 Əmək müqaviləsi neçə olmalıdır?
1.4 Əmək müqaviləsinin tərəfləri, məzmunu və forması.
1.5 Əmək müqaviləsinin bağlanması və dəyişikliklərin edilməsi.
1.6 Əmək müqaviləsinin müddəti. Müddətli və müddətsiz əmək müqaviləsi.
1.7 Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi.
1.8 Sınaq müddəti. Sınaq müddətinə cəlb olunmaya işçilər.
1.9 Əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi zamanı sənədləşmə qaydaları.
2-ci dərs. (2 saat)
Əmək şəraiti və şərtləri. Başqa işə keçirilmə və həvalə
2.1 Əmək şəraitinin şərtləri. Əsas və əlavə şərtləri.
2.2 Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi.
2.3 Əvəzçilik üzrə iş.
2.4 Daimi və müvəqqəti başqa işə keçirilmələr və həvalə.
2.5 Başqa işə keçirilmə və həvalə zamanı ödənilən əlavə əmək haqqılar.
2.6 İşdən kənarlaşdırılma halları.
2.7 Əvəzçilik, başqa işə keçirilmə və həvalə zamanı sənədləşmə qaydaları.
3-cü dərs. (4 saat)
Attestasiya qaydaları və Əmək müqaviləsinə xitam verilməsi əsasları
3.1 Attestasiya, İşçilərin attestasiyası qaydaları.
3.2 Attestasiya nəticəsinin tənzimlənməsi qaydaları.
3.3 İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları.
3.4 İşə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları.
3.5 Əmək müqaviləsinə xitam verilməsinin digər halları.
3.6 Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
3.7 Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası.
4-cü dərs. (2 saat)
İş və istirahət vaxtı.
4.1 İş vaxtı və onun növləri. İstirahət vaxtı və qeyri iş günləri arasındakı fərq.
4.2 Qısaldılmış iş vaxtı və natamam iş vaxtı.
4.3 Ağır və zərərli iş yerlərində iş vaxtı.
4.4 İş vaxtından artıq işin və qeyri iş günlərində işin tənzimlənməsi qaydaları.
4.5 İş vaxtının cəmlənmiş uçotu.
4.6 Gecə, gündüz və axşam vaxtında iş. Gecə vaxtı iş ilə gecə növbəsindəki iş arasındakı fərq.
4.7 İş vaxtı, iş vaxtından artıq işin və qeyri-iş günlərində görülən işin sənədləşdirilməsi qaydaları.
4.8 İstehsalat təqvimi və tabellərin hazırlanması qaydaları
5-ci dərs. (4 saat)
Məzuniyyətlər və onların sənədləşdirilməsi qaydası.
5.1 Məzuniyyət hüququ və məzuniyyətinin növləri.
5.2 Əsas əmək məzuniyyətinin vacibliliyi və onun sənədləşdirilməsi qaydaları.
5.3 Təhsil və yaradıcılıq məzuniyyəti, sosial məzuniyyət, ödənişsiz məzuniyyət və onların müddətləri.
5.4 Əlavə məzuniyyətin müddətləri və növləri.
5.5 Əmək məzuniyyətində növbəlilik və başqa vaxta keçirilmə.
5.6 Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası.
5.7 İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın hesablanması qaydaları.
5.8 İşdən azad olunma zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması
qaydaları.
5.9 Məzuniyyətlərin sənədləşdirilməsi qaydaları.
6-cı dərs. (2 saat)
Əmək və icra intizami, əmək kitabçaları və elektron portal.
6.1 Əmək və icra intizamı və onun rəsmiləşdirilməsi.
6.2 İntizam məsuliyyəti və onun sənədləşdirmə qaydaları.
6.3 Ezamiyyət normaları haqqında məlumat.
6.4 Ezamiyyənin növləri və onların sənədləşməsi.
6.5 Əmək kitabçalarının yazılması, uçotu və dublikatların tərtibi.
6.6 Kadr inzibatçılığı zamanı sənədləşmə.
6.7 Kadr inzibatçılığı istifadə edilən sənədlər: Əmrlər, Ştat cədvəlləri, Protokollar, Arayışlar və s.
6.8 Hesabatların tərtib edilməsi və dövlət orqanlarına təqdim edilməsi.
6.9 Elektron portal ilə iş.
7-ci dərs (2 saat)
Qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri.
7.1 Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətlər. 7.2 Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər,
Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması.
7.3 Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri.
7.4 Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları.
7.5 Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər.
7.6 Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər.
7.7 Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı,
8-ci dərs (2 saat)
İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar.
8.1şəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti.
8.2 Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri.
8.3 İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar.
8.4 İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası.
8.5 İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti,
8.6 İşçinin tam maddi məsuliyyəti.
8.7 Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması.

YEKUN TEST…

Bəyən və paylaş

Rəylər

rəy(lər)