Əmək münasibətlərinin tənzimlənməsi üzrə mütəxəssis vakansiyası

ABB İnsan resurslarının idarə edilməsi departamentinə Əmək münasibətlərinin tənzimlənməsi üzrə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşların vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi, rotasiyası, ezamiyyətə göndərilməsi, məzuniyyətə buraxılması, boş vəzifələrin icrasının digər əməkdaşa həvalə edilməsi ilə bağlı müvafiq rəsmiləşdirmə işlərinin aparılmasını həyata keçirmək;;
  • Bank əməkdaşlarının tibbi sığortalanması ilə bağlı müvafiq tədbirləri həyata keçirmək;
  • İllik məzuniyyət qrafikini hazırlamaq və icrasına nəzarət etmək;
  • Bütün əməliyyatları Elektron Hökumət Portalına daxil etmək;
  • Arayışları, xasiyyətnamələri hazırlamaq;
  • Şöbənin kargüzarlıq işlərini aparmaq;
  • Şəxsi işləri tərtib etmək, vaxtaşırı auditi, dəyişikliklərlə bağlı işçilərə sorğuları göndərmək, bu dəyişiklikləri insan resurslarının idarə edilməsi proqramına daxil etmək;
  • Əmək haqqı kartlarını sifariş etmək;
  • Bankın əməkdaşlarının Əmək Qanunvericiliyi ilə bağlı yaranmış suallarını tam, dolğun, vaxtında cavablandırmaq.
  Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə;
  • Azərbaycan, İngilis və Rus dili biliklərinə;
  • Minimum bir il insan resurslarının idarə edilməsi sahəsində iş təcrübəsinə;
  • MS office proqramları biliklərinə;
  • Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahibdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. Əlavə məlumat üçün: www.careers.abb-bank.az _____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az