12 Fevral 11:30

Əməliyyat departamentinin Satışa dəstək və inzibatçılıq bölməsinə əməliyyat inzibatçısı vakansiyası

“ABB” ASC Əməliyyat departamentinin Satışa dəstək və inzibatçılıq bölməsinə əməliyyat inzibatçısı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Əməliyyat prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
 Müştəri dosyelərinin (hüquqi və fiziki) tamlığına cavabdehlik;
 Əməliyyat inzibatçılığı üzrə digər nəzarət işləri;
 Arxiv işinin təşkili;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Analitik təhlil;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Bank sahəsində mühasibatlıq, əməliyyat sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 18 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat inzibatçısı_Bakı Edumap.az” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)