Əməliyyat risklərin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası

“PAŞA Sığorta” ASCnamizədləri Risklərin İdarəolunması DepartamentindəƏməliyyat risklərin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: -Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq; -Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək; -Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və bunun əsasında risk xəritəsini hazırlamaq; -Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək; -Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. -Aylıq əsasda risk hesabatlarını hazırlamaq; -Risk iştahının hazırlanmasında iştirak etmək; -Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək; -Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək; -İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək; -Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək; -Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar. BİLİKLƏR -Təhsil: İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat; -Kompyuter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; -Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır. TƏCRÜBƏ -Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir). BACARIQLAR -Təqdimat bacarıqları; -Komandada işləmək bacarığı; -Yaxşı ünsiyyət bacarığı; -Məntiqi və analitik düşüncə; -Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri; -Stresə davamlılıq; -Təşəbbüskarlıq; -Məqsədyönlülük; -Emosional stabillik və məsuliyyətli olmaq. Son müraciət tarixi: 01.07.2022 Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az