Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis (Audit) vakansiyası

Vəzifə: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis (Audit)
İş yeri: OBA Marketlər şəbəkəsi

Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit)
• Kompüter bilikləri: MS Office, 1C
• Dil bilikləri: Rus dili və ingilis dili
• Yaş: 25-35;
• İş təcrübəsi: minimum 1 il

Vəzifə öhdəlikləri:
• Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi
• Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamaların təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması.
• Cəmiyyət üzrə təsərrüfat və digər xərclərin analizi
• Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatların və uyğun tədbirlər planının hazırlanması

Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;

İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis edumap.az” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button