24 Mart 16:36

Emiliana R. Simon-Tomas / “Xoşbəxtlik elmi”

Xoşbəxtlik, müvəffəqiyyət və rifahın dərin mahiyyətini dərk etmək üçün bütün səylərə baxmayaraq, bir çoxumuz hələ də xoşbəxt olmağın nə olduğunu başa düşə bilmirik. Bu mövzuda bizə xoşbəxtliyin öyrənilməsi sahəsində mütəxəssis Emiliana R.Simon-Tomas kömək edəcək.

Emiliana R.Simon-Tomas – fəlsəfə doktoru, elmlər namizədi, nevrologiya, rəhmlilik, mərhəmət və minnətdarlıq psixologiyası üzrə ekspertdir. O, Kaliforniya Universitetində beyinin koqnitiv funksiyalarının araşdırması sahəsində doktorluq dərəcəsi alıb.
“Berkeley’s Greater Good Science Center”də elmi şöbənin müdiridir, proqrama rəhbərlik edir və dünya üzrə 600 mindən çox insanın iştirak etdiyi onlayn kurs tədris edir.

Bu dəfə Emiliana R. Simon-Tomas “Xoşbəxtlik elmi” mövzusunda giriş mühazirə və təlim keçirəcək. Təlimlərdə xoşbəxtlik haqqında ən qabaqcıl təcrübi biliklərdən istifadə ediləcək. Siz, şəxsi həyatınızda müasir tədqiqatların nəticələrini tətbiq edə və xoşbəxtlik haqqında yeni məlumatlar ala biləcəksiniz.

4 aprel, saat 18:00 – Açıq mühazirə
5, 6 aprel, saat 11:00 – Təlim
Azərbaycan Dövlət İqtisad Universiteti

İştirak ödənişsizdir
Qeydiyyat üçün: www.insan.yarat.az
Qeydiyyat üçün son gün: 28 mart

Bəyən və paylaş

Rəylər

rəy(lər)