Emosiyalar və yalan

Grow Center növbəti seminarını təqdim edir.
Emosiyalar və Yalan
Yalan nədir? Niyə yalan danışırıq? Niyə bizə yalan danışılır? Hamımız nə zamansa yalan söyləməyə məcbur olduq və ya yalanın qurbanı olduq. Yalan, narkotik kimidir. Yalanlar hər zaman deyilir, həm sevgi, həm dost, həm də ailə münasibətlərində.
Əlbəttə ki, hər kəs bunlardan keçib, keçir və keçəcək. Ancaq yalan üzə çıxmaq xüsusiyyətinə malikdir.
Təlimin müqəddiməsi:
-Yalan nədir?
-Emosiyaların növləri (Ümumi, Mikro-ani üz ifadələri, məhdud və yüngül)
-Paul Ekman & Wallace V. Friesen düsturu 7 U E
-Emosiyanal cavab sistemləri
-Şifahi və Qeyri-Şifahi əlaqə (Verbal & Non-Verbal Communication)
-Secret Intelligence Service MI6-da yalana qarşı istifadə olunan taktikalar.
Təlimçi konsultant;
Fəxrəddin Abdullayev Xəzər universitetinin məzunudur.Yalan və Emosiyalar, İctimai nitqin əsasları, Time Managment, Effektiv ünsiyyət, HR Managment və Liderlik (Siyasi, Motivasiyon və İntellektual) Müvəffəqiyyət metodları üzrə
2007-ci ildən bir çox universitet və bizness mərkəzlərində təlimlər aparır.Azərsun Holdinqdə İnsan Resursları (HR) üzrə icraçı mütəxəssis olaraq çalışıb. Hal-hazırda EduCentre Təhsil Mərkəzində direktor köməkçisi kimi fəaliyyət göstərir
Seminar 7 may saat 14:00 tarixində keçiriləcək.
Son qeydiyyat tarixi 6 may saat 16.00-dur.
Seminarda iştirak ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün:
http://goo.gl/forms/kOsPZKqhJs

Ətraflı məlumat üçün:
Telefon: 050 254 56 94
012 480 09 44
Ünvan: C.Cabbarlı 44 Caspian Plaza 1/7, Grow Center İnkişaf mərkəzi.

Bir cavab yazın

Back to top button