Ən ağıllı tələbələr dünyanın hansı ölkəsindədir?

Ali təhsil və onun əldə edilməsi imkanları dünyada ən çox müzakirə edilən mövzulardan biridir. İƏİT (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı) müxtəlif ölkələrdə ali təhsil müəssisələrinin bacarıqlarını və tələbələrin biliklərini müqayisə etmək qərarına gəldi.

Banker.az BBC-yə istinadən xəbər verir ki, araşdırma nəticəsində əldə edilən nəticələr hazır ki dünyanın təhsillilik səviyyəsinə tamam başqa prizmadan baxmağa vadar edir. Belə ki, reytinqin ilk pillələrində universitetləri dünyanın ən yaxşı ali təhsil müəssisələri elan edilən ölkələr yer almayıb.

Ən ağıllı və təhsilli tələbələrə malik ölkələrin reytinqi aşağıdakı kimidir:

  1. Yaponiya
  2. Finlandiya
  3. Hollandiya
  4. Avstraliya
  5. Norveç
  6. Belçika
  7. Yeni Zellandiya
  8. İngiltərə
  9. ABŞ
  10. Çexiya Respublikası

2016-2017-ci illər üçün isə dünyanın aparıcı universitetlərinin reytinqi isə belədir:

  1. Massachusetts Institute of Technology (MIT)
  2. Stanford University
  3. Harvard University
  4. University of Cambridge
  5. California Institute of Technology (Caltech)
  6. University of Oxford
  7. University College London
  8. ETH Zurich
  9. Imperial College London
  10. University of Chicago

banker.az

Bir cavab yazın

Back to top button