6 Dekabr 23:14

Ən Çox İstifadə Olunan Məlumat Bazası (Database) Sistemləri

Digər bir adı məlumat bazası olan databes, adından da göründüyü kimi məlumatların bir yerə yığılması mənasına gəlir. Xüsusilə də indiki zamanda dövlət orqanları nəzdində olan bir çox məlumatlar bu formada məlumat bazası sistemi ilə saxlanılır. Müəyyən bir qaydaya ehtiyac duyulan bu sistemi eyni zamanda bir qrup özəl müəssisələr də istifadə etməkdədir. Bu quruluş sahəsində milyonlarla insanın məlumatlarına çox qısa bir zaman içində çatmaq imkanı verir. Məkdəb qeydiyyatları, əhali qeydiyyatları, bank ya da digər bir çox özəl müəssisələrin fərqli insanlara verdikləri xidmətləri daha sürətli bir hala gətirməsi üçün məlumat bazası sistemini həmişə istifadə etməkdədirlər.

Bütün Məlumatlar Üçün Məlumat bazası Saxlama Sistemi

Qarışıq bir məlumat qeydləri adına məlumat bazasının böyük bir əhəmiyyəti var. Məsələn, bir şirkətin müəyyən sayda qeydiyyatda olan davamlı müştərilərin şəxsi məlumatları, ünvanları və ya sifariş və faktura kimi daha bir çox müxtəlif məlumatı qeyd edilib və təcili bir zamanda bu məlumatlara çatmaq tələb edilir. Bundan əlavə müştəri deyil, işçilərin də yenə bütün məlumatları ilə birlikdə hansı işçi kimə hansı məhsulu nə qədər qiymətə satmış, hər biri məlumat bazası içərisində asan əldə ediləbiləcək bir sistem içində saxlanılmaqdadır.Sadəcə bir nəfər üçün də daimi olaraq fərqli tarixlərdə nə kimi işlər görülmüş Excel üzərində qeydiyyat edilməlidir. Buna bir də milyonlarla insan əlavə olunduğu zaman əgər bir qayda təşkil edilməyibsə bütün məlumatlar bir-birinə qarışar, gündəlik görüləcək işlər yarımçıq qalar. Buna görə məlumat bazası, yəni database sistemi bütün bu məlumatları xüsusi bir qayda halında saxlayan sistemlərin cəmidir.

Məlumat Bazası Üçün İdarə

 

– Azərbaycan dilində adı məlumat bazası idarə sistemi olaraq da bilinən (Database Management system) hal-hazırda birbirindən fərqli proqramlar ilə bazarda olan və elektronik mühitdə saxlanılan məlumatları asan əldəedilə bilər formaya gətirən bir sistemdir. Bu sistemin köməyi ilə fərqli bir məlumat xüsusi bir kataloq formasına gətiriləbilir.

– Bunların köməyi ilə hər məlumat adına cədvəl hazırlana bilər və bu cədvəllər üstündən yeni qeydiyyat, silmə ya da yenillənmə mümkün hala gələ bilər.

 

– Hansı məlumata kimin nə qədər daxil olması icazəsi olaca biləcək bunun kateqoriyasını hazırlamaq

– Hər ayrı məlumat üçün hesabat imkanı əldə etmək

– İcazəsiz girişlərə qarşı qadağan qoymaq…

– Bütün məlumatların ehtiyat sistemlerini hazırlayıb saxlamaq kimi daha bir çox müxtəlif analiz və düzəliş edə bilmək

– Database, yəni məlumat bazası proqramları hər şirkət ya da dövlət qurumları adına fərqli formalar hazırlana bilər və ona görə bir qeydiyyat forması hazırlana bilər. Bunun köməyi ilə milyonlarla məlumat içində hansı istənilir is ona bir neçə saniyə içində çata bilinir.

Ən Çox İstifadə Olunan Məlumat Bazası (Database) Sistemləri

İstifadə vəziyyətlərinə, keyifyyətləri və təqdim etdikləri xidmətlərinə görə məlumat bazası proqramları ödənişli ya da ödənişsiz olaraq yayılmaqdadır. Məsələn, açıq mənbəli kod olara xidmətə verilmiş database proqramları varkən, daha detaylı və güvənilir proqramlar isə profisyanal bir istifadə istəyən şirkətlər ilə dövlər qurumları adına bütün il boyu onlayn xidmət göstərən məlumat bazası proqramları da var.

Hal-hazırda bazarda müxtəlif məlumat bazası proqramları mövcuddur. Bunlar arasında ən çox tanınan bəziləri Acces, Mysgl, MS sgl Server ya da bunun kimi daha birbirindən fərqli məlumat bazası proqramları tapa bilərsiniz. Burada vacib olan istifadə dərəcəsidir. Yəni, olduqca xüsusi məlumatlar olan və ələ keçməsi çətin olması istənən proqramlar ilə akademik bir qeydiyyat üçün təqdim olunan ödənişsiz proqramlar da ola bilər.

Kompüter bu gün bizim həyatımızın hər bir sahəsində var. Proqram mütəxxəssisindən daha müasir bir peşə ağlınıza gəlirmi? Həmçinin, bu sahə çox dinamik inkişaf edən bir sahədir. Siz bu sahədə həmişə axında olacaqsınız. STEP Kompüter akademiyasında  proqram mütəxəssisi proqramına qoşulmaqla, sizlər də məlumat bazalarını rahatlıqla idarə edə bilərsiniz. Ətraflı: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)