3 Aprel 20:09

“Ən yaxşı elmi məruzə” müsabiqəsi

Edumap.az xəbər verir ki, AMEA-nın Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə bu elm müəssisəsində çalışan gənc alim, doktorant və dissertantlar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi elan edib.
İştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini 01 may 2017-ci ilədək təqdim edə bilərlər. Qaliblər AKİ-nin müsabiqə üzrə ekspertlər şurası tərəfindən müəyyən olunacaq, müvafiq olaraq I, II, III yerləri tutanlara diplom və pul mükafatı veriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)