16 Oktyabr 11:18

Enactus National Case Competition

Bəli dostlar, Enactus Azərbaycan yeni mövsümdə yeni bir müsabiqə ilə qarşınızdadı!
National Case Competition-da iştirak etməklə siz vaxtınızı səmərəli keçirəcək, həyatınızda yeni insanlar qazanacaq, ölkənizə töhfə verə biləcək biznes ideyalar təqdim etməklə xüsusi keyslər üzərində işləmək şansı qazanacaq və ən əsası ölkəmizin aparıcı şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq edib öz mükafatlarınızı məhz onlardan ala biləcəksiniz! Düşünürük ki bu müsabiqə həyatınızın ən vacib anlarından biri olaraq qalacaq və sizə karyeranıza gedən yolda da dəstək olacaq. Elə buna görə də qaliblərə pul mükafatı ilə birgə partnyor şirkətlərdən birində təcrübə keçmək şansı təqdim olunur! Həmçinin müsabiqə müddətində iştirak etdiyiniz təlimlər sizə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyiniz təqdirdə marketinq strategiyası, biznes plan və təqdimatın necə hazırlanması barədə biliklər verəcəkdir.

Necədi xoşunuz gəldi? O zaman şərtlərə nəzər yetirin.

Öncəliklə 25 oktyabr tarixinədək komanda yaradıb qeydiyyatdan keçməlisiniz. Komandanız 6 nəfərdən ibarət ola bilər.

Layihənin əsas məqsədi tələbələri Kənd Təsərrüfatı sahələrinin inkişafına cəlb etmək olduğu üçün təqdim olunan keyslər də pomidorçuluq, fındıqçılıq və narçılıqda olan problemlərlə əlaqəli olacaqdır.
Müsabiqə iştirakçıları bu sahələrdən birinə aid biznes plan təqdim etməli və müdafiə etməlidirlər. İştirakçıların təqdim etdiyi biznes plan təcrübəyə yararlı olmalıdır. Həmçinin beynəlxalq təcrübədə istifadə olunan innovasiyaların da plana daxil olunması tövsiyə olunur.

Müsabiqənin 1-ci turunda komandalar 22 noyabra qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– PDF formatında biznes-plan
– Komanda haqqında azərbaycan dilində videoçarx
– Layihənin 200 sözdən ibarət olan müstəqil formada təsviri

Turdan uğurla keçən komandalar dekabrın 1-2-də keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.

Bu da bizim qeydiyyat linki, gənclər!
https://goo.gl/forms/2b8BHZNxfcbpKmPD2

İnformasiya dəstəkçisi: Edumap.az Təhsil Portalı

Bəyən və paylaş