Əritmə və pəstahalma sahəsi üzrə Metallurq vakansiyası

“STP Alüminium” MMCİstehsalat Departamentinin Əritmə və pəstahalma sahəsi üzrə Metallurq vakansiyası elan edir. Özünə və peşəkarlığına güvənən, metallurgiya sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ideal namizəd: -Müvafiq sahə üzrə ali təhsilli olması; -Metallurgiya sahəsində ən azı 2 illik iş təcrübəsi olması; -Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olması; Hansı işləri görəcəksiniz: -Tələb olunan məhsulun analiz göstrəricilərinə uyğun süzüm planını və bu planın yerinə yetirilmə mərhələlərini işləyib hazırlayır. -Metal süzümü prosesini təşkil edir. -Yeni məhsulların istehsalata qoyulması, sınaq nümunəsinin hazırlanması istiqamətində araşdırmalar aparır, texnoloji prosesləri işləyib hazırlayır. -Daima texnoloji proseslərin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparır. -Metalların və ərintilərin keyfiyyətinin öyrənilməsi üçün metalloqrafik analizlər aparır. -Avadanlıqların hissələrinin və detallarının dağılması səbəbini analiz edir. -Məmulatların (istehsal olunan) keyfiyyətinin və etibarlılığının artırılması istiqamətində texnoloji proseslərdə dəyişikliklər hazırlanması üçün təkliflər hazırlayır. -Yeni materialların və texnologiyaların mənimsənilməsi istiqamətində təcrübə-sınaq işlərinin aparılmasında iştirak edir. -İstehsal olunan metal məmulatların sərf normalarını hazırlayır və maya dəyərinin azaldılması istiqamətində araşdırmalar aparır. -İstehsal prossesinin hər bir mərhələsinin müddətini, hər bir mərhələdə görülməli olan işləri, xammal tərkib və keyfiyyətinə görə istehsal müddətlərini, tələblərə görə planlama şərtlərini tərtib edir. -Metalşünaslıq və metallurgiya texnologiyaları üzrə qabaqcıl daxili və xarici ölkələrin təcrübələrini öyrənir. -Tabeçiliyində olan işçilərlə işlərin təhlükəsizgörülməsi, ətraf mühitin qorunması və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə işlər görür. Əlavə məlumatlar: -Əmək haqqı razılaşma əsasında; -Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Metallurq” yazaraq 25.07.2021 il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az