Əritmə və pəstahalma sahəsi üzrə Operator vakansiyası

“STP Alüminium” MMCİstehsalat Departamentinin Əritmə və pəstahalma sahəsi üzrə Operator vakansiyası elan edir. Özünə və peşəkarlığına güvənən, əritmə sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ideal namizəd: -Əritmə sahəsində ən azı 2 illik iş təcrübəsi olması; -Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olması; Hansı işləri görəcəksiniz: -1.Sobalarda yerləşdirilmiş termometrlərə nəzarət etməli və verilmiş texnologiyaya əsasən yağın temperatur göstəricilərini raportda qeyd etməli; -2.Əgər növbə ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə növbə rəisinə məlumat verməli; -3.Flüs verilən zaman temperatur rejiminə əməl etməli; -4.Sobadan posa kənar edilən zaman termocütün vəziyyətinə nəzarət etməli; -5.Tökməyə hazırlıq görülən zaman sobanın tavan və metal temperaturrejimlərini gözləməli; -6. Nümunə götürülən zaman nümunə qabının qızdırılmasını təmir etməli; -8.Yolluq və tökmə stolunun öncədən qızdırılmasını təmin etməli; -9.Sobada əridilən alüminiumdan nümunə hazırlayıb sobada olan metalın tərkibini təyin etmək üçün labaratoriyada olan spektral analizə verməli; -10.Sobadan müəyyən aralıqlarla nümunə alıb onu emal edib analizə verməli; -11.Analizin nəticələrinə görə lazım olan maddələri(Mg.Si) əlvə edir və sonra analizə üçün nümunələr hazırlamalı; -12.Analizin nəticələrinə görə ərinti tərkibi alınmışsa metal süzümünə başlamalı -13.Süzmə prosesini yaxından izləyib, lazımi tapşırıqlar verməli; -14.İş yerini təmiz saxlamaq işləyərkən əmək mühafizəsi , təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət etməlidir. Əlavə məlumatlar: -Əmək haqqı razılaşma əsasında; -Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Operator” yazaraq 25.07.2021 il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az