23 Yanvar 23:41

“Erkən Nikah”- düşünülməmiş addım layihəsinin icrasına başlanılıb

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  elan etdiyi VIII qrant müsabiqəsində C kateqoriyası (fərdi layihələr) üzrə qalibi olmuş “Erkən Nikah”- düşünülməmiş addım layihəsinin icrasına başlanılıb.

Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənın rəhbəri Nərgiz Axundova bildirib ki, əsas məqsəd gəncləri erkən nigahdan çəkindirməkdir, onun neqativ nəticələri barədə gəncləri maarifləndirmək iştirakçılar vasitəsi ilə bu bilgiləri daha geniş kütlələr arasında yaymaqdır.

Layihəyə ümumilikdə 40 nəfər cəlb olunacaq ki, bu da seçmə üsulu ilə gənclər arasından seçilərək, bu sahədə maraqlı, öz üzərində çalışan gənclərin sırasından seçim edilərək təlimdə iştirak hüququ qazanacaqlar. Həmin gənclər keçiriliəcək silsilə təlimlər nəticəsində aşağıdakı biliklərə yiyəliklənəcəklər:

  • Erkən nikahın neqativ nəticələr barədə gəncləri marifləndirir;
  • Erkən nikah cəmiyyətdə yayılmasının qarşısını almaq;
  • Erkən nikahların yayılmasının qarşısını almaq üçün maarifləndirilmiş gənclərin potensialından istifadə etmək;
  • Gigiyenik qaydalarla

Gigiyenik qaydalar, infeksion xəstəliklərin ilkin əlamətləri yayılma şəraiti haqqında məlumat ötürmək;

  • Ölkəmizdə gənc nəslin və gələcək nəsillərin sağlam yetişməsi istiqamətində görülən işlərə dəstək verməkdir

Qeyd edək ki, artıq nəzərdə tutulan təlim layihəsinin ilk günü təlimçi Rauf Məmmədovun “ Cəmiyyətdə Erkən Nikahdan qaynaqlanan problemlər və Erkən Nikahla bağlı statistik göstəricilər” mövzusu ilə başlamışdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)