” Erkən Evlilik və Təhsil” layihəyəsinin ilkin tədbiri keçiriləcək

“Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf zamanı” təhsil proqramı çərçivəsində 5 oktyabr 2018-ci saat 16:00 da Gəncə Şəhər Gənclər evinin, ” Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi”nin təşkilati dəstəyi , ” Erkən Nikaha Yox Deyək ” layihəsinin əməkdaşlığı ilə Gəncə şəhər Gənclər Evində ” Erkən Evlilik və Təhsil” layihəyəsinin ilkin tədbiri keçiriləcək. Tədbirdə Erkən evliliyin pisxoloji zərərləri, qanunda yeri və teatr barəsində təlim o cümlədən sonda bu mövzuda qısa teatr səhnəciyi və teatrın müzakirəsi keçiriləcək. Gəlin birlikdə erkən evliliklə mübarizə aparaq. Tədbirdə iştirak ödənişsizdir .

Bir cavab yazın

Back to top button