9 Noyabr 13:45

İT, ERP, Mühasibatlıq, SƏTƏM və İnsan Resursları sahələri üzrə Təcrübə Proqramı

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və İT, ERP, Mühasibatlıq, SƏTƏM və İnsan Resursları sahələri üzrə yüksək ixtisas biliklərinə sahib gənclər üçün təcrübə proqramı elan edirik!
Təcrübə proqramının seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:
1. Testləşdirmə – Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları
2. Müsahibə.
Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4-8 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslər sonda işlə təmin olunacaqlar. Hər sahə üçün minimum 2 vakant yer!
Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:
– Azərbaycan Respublikasının vətəndaşı
– Tam və ya Natamam-Ali təhsil
– Səlis nitq
– Əlavə dil bilgiləri (intermediate)
– Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)
– Məntiqi təfəkkür
Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.
(SƏTƏM sahəsi üçün namizədlər bölgələrə ezama hazır olmalı)
Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahəni (Məsələn: “Mühasibatlıq” sahəsi üzrə təcrübə proqramı”) qeyd etmələri xahiş olunur.
Bəyən və paylaş

Rəylər

rəy(lər)