25 İyul 15:53

“Ərtoğrol Cavid – 100” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Ərtoğrol Cavid – 100” mövzusunda respublika elmi konfransı keçiriləcək

22 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan “Ərtoğrol Cavid – 100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

– Kağızın formatı – A4, Word redaktorunda;

– məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

– müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

– Həcmi – 5 səhifədən çox olmamalıdır;

– Şrift – Times New Roman 12; sətirlərarası interval – 1,5;

– İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10);

– məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.

Tel.: (+994 12) 492 06 57.

Bəyən və paylaş

Rəylər

rəy(lər)