13 Avqust 08:58

“Əsas Həyat Bacarıqları” (“BLS”) layihəsinin 5-ci proqramına qeydiyyat başladı!

Əziz dostlar!
1 ildən artıqdır, davam edən, 4 dəfə keçirilmiş və artıq 100 nəfərdən çox (“BLS 1-4”) iştirakçısı olan “Əsas Həyat Bacarıqları” (“BLS”) layihəsinin 5-ci proqramına qeydiyyat artıq başladı!
Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə reallaşır.

Gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihəmiz 2 ay müddətində davam edəcək və iştirakçılara sonda sertifikatlar təqdim olunacaq. Sizi aşağıdakı istiqamətlər üzrə:
 Təlimlər
 “Energize”lar
 Müxtəlif turlar
 İnteraktiv oyunlar
“Out-reach” fəaliyyətlər
 Komanda oyunları
 Praktiki tapşırıqlar
 Master-klasslar
fəaliyyətlər və
Özünə hörmət;
Şəxslərarası ünsiyyət bacarıqları;
Düşünmə bacarıqları
mövzularında təlimlər gözləyir.
Qeyd: Layihədə 16 iştirakçı seçiləcək, yerlər məhduddur.
Yuxarı yaş qrupları üçün (18-24 yaş) qeydiyyat linki:
http://bls.bge.az
Son qeydiyyat tarixi: 17 avqust, 2019, saat 16:00

 Əlaqə nömrəsi: (012) 561 92 02
Mobil & WhatsApp: (055) 423 92 02
Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)
Email ünvanı: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)