8 Mart 12:47

“XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika elmi konfransı

“XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika elmi konfransı

Qərbi Kaspi Universitetində 21 may 2020-ci il tarixində “XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfrans aşağıdakı mövzuları əhatə edəcək:

🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin siyasi və beynəlxalq münasibətlər tarixi
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin sosial-iqtisadi tarixi
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsində dini-etnokonfessional vəziyyət
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin mədəniyyət tarixi məsələləri
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-coğrafiyası və demoqrafik tarixi
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin etnoqrafiyası
🛑 XII -XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin arxeologiyası və numizmatikası

Konfransın dili və tələb olunan qaydalar:
1. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.
2. Məruzənin həcmi A4 formatlı kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin [email protected] e-mail ünvanına göndərilməlidir.
3. Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-10 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir. Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].
4. Məqalələr 10 may 2020-ci il tarixinədək yuxarıda qeyd edilən ünvana göndərilməlidir.
5. Konfransda iştirak edənlərə sertifikatlar tədqim olunacaqdır.
6. Əlavə məlumat almaq üçün Siyasi və İctimai Elmlər Məktəbinin “Tarix və Fəlsəfə” kafedralarına (012-492-61-63) müraciət edə bilərsiniz.

Konfrans 21 may 2020-ci il tarixində saat 11.00-da Qərbi Kaspi Universitetində (ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli parallel 3\21) keçiriləcək

Bəyən və paylaş